Qrossi: İranın nüvə proqramı barədə razılaşma imkanı var
Təqib etməkdə olduğumuz müzakirələr prosesinə əsasən, İranın nüvə proqramı barədə razılaşmaya çatmaq imkanı var. Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru deyib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bitərəf orqan rolunu oynamaqla və Tehranın bu təşkilatla əməkdaşlıqlarına əsasən bir razılaşmaya çatana qədər İranın nüvə danışıqları ilə bağlı gərginliklərin azaldılmasında daha fəal rol oynaya bilər.
Argentina qəzeti- «La Nasion» ilə müsahibədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İrandakı iştirakının davam etməsinə toxunan Rafael Qrossi qeyd edib ki: İranın nüvə təsisatlarında təftişlər əsla dayanmayıb. Bu orqan nüvə silahlarının yayılmaması müqaviləsi çərçivəsində rəsmi missiyaya malik olan yeganə mərkəz kimi daim bu ölkədə öz vəzifələrini yerinə yetirir.
Qrossi İranla anlaşma yolunun qorunması sahəsində göstərilən səylərə də işarə edib: Mən İran xarici işlər naziri ilə daim əlaqədəyəm. O deyir ki məqsədləri məhz bizim ardınca olduğumuz məsələyə çatmaqdır. Bu xətlərin bir-birinə yaxınlaşmasına çalışmalıyıq.
Mən Tramp hökumətinin regiondakı nümayəndəsi Stiv Uitkoff ilə əlaqə saxlayıram. İran barədəki informasiyaları və bildiklərimizi onun ixtiyarına qoymağa çalışırıq. Önəmli olan məsələ diplomatik prosesin davam etməsidir- deyə MAQATE-nin baş direktoru qeyd edib.
Daim bu qənaətdəyəm ki, razılaşmaya çatmaq imkanı var. Bu sözləri sadəlikdən deyil təqib etməkdə olduğumuz müzakirələrin gedişatına əsasən deyirəm və sonda sabitliyə gətirib çıxaracağına ümid edirəm- Qrossi vurğulayıb.