“Ukraynalılar da bilir, bu ərazi Rusiyaya qalacaq”
https://azeri.sahartv.ir/news/dünya-i420175-ukraynalılar_da_bilir_bu_ərazi_rusiyaya_qalacaq
Fransa prezidenti bəyan edib ki, böyük ehtimalla, Krım Rusiyanın olaraq qalacaq.
(last modified 2025-05-14T09:36:51+00:00 )
May 14, 2025 09:29 Asia/Baku
  • “Ukraynalılar da bilir, bu ərazi Rusiyaya qalacaq”

Fransa prezidenti bəyan edib ki, böyük ehtimalla, Krım Rusiyanın olaraq qalacaq.

Emmanuel Makron qeyd edib ki, Rusiya ilə münaqişədən sonra bütün ərazilərin geri alına bilməyəcəyi ukraynalılar üçün tamamilə aydındır.Onun sözlərinə görə, 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım Rusiya və Ukrayna arasında danışıqların əsas maddələrindən birinə çevrilməlidir: “Əgər iki ölkə arasında sülh bağlanarsa, bu ərazi çox güman ki, Rusiyanın tərkibində qalacaq”.