May 14, 2025 13:13 Asia/Baku
  • ABŞ sionist agentlərin oylağına çavrilib - ARAŞDIRMA

Netanyahunun rejiminin Amerikada Tramp Administrasiyasına qarşı casusluğu üzə çıxıb.

Londonda çıxan “Deyli Teleqraf” qəzeti məlumatlı mənbəyə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun kabineti ABŞ-ın gizli və məxfi hərəkətlərini izləmək üçün rejimin xüsusi xidmətini işə cəlb edib. Belə ki, Netanyahu Amerikanın pərdə arxasında nə etdiyini və planlarının nə olduğunu anlamağa çalışır.

Bu ilk dəfə deyil ki, İsrail müttəfiq ölkənin etimadından sui-istifadə edərək onun dövlət sirrlərini ələ keçirməyə cəhd edir.

ABŞ ilə İsrail yaxın müttəfiqlər olsa da, zaman-zaman İsrailin ABŞ ərazisində casusluq fəaliyyəti apardığına dair faktlar və iddialar ortaya çıxıb. Bu haqda ən çox diqqət çəkən faktlardan bəzilərini xatırladırıq:

1. Conatan Pollard hadisəsi İsrailin ABŞ-da ifşa edilmiş ən məşhur casusluq hadisəsi sayılır. Pollard ABŞ Donanmasının kəşfiyyat analitiki idi və İsrailə böyük həcmdə gizli sənəd ötürməkdə təqsirli bilinərək 1985-də həbs edildi.

2. 2005-ci ildə ABŞ Müdafiə Nazirliyində çalışan Lavrens Franklin, İsrailin maraqlarına xidmət edən sənədləri ABŞ-İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) üzərindən İsrailə ötürməkdə ittiham olundu. Və bu hadisə yəhudi lobbisinin rolu və casusluq şübhələri ətrafında mübahisələrə səbəb oldu.

3. İsrailin ABŞ texnologiyalarını, xüsusilə müdafiə və kibertəhlükəsizlik sahəsində əldə etməyə çalışdığı barədə iddialar ez-tez ortaya çıxır. Sionistlərin yüksək texnologiyalı məhsullar istehsalında ABŞ texnologiyalarından yararlandığı deyilir.

4. 2013-cü ildə Edvard Snouden-in açıqlamalarına əsasən, ABŞ-ın kəşfiyyat orqanları İsrail kəşfiyyatının ABŞ rəsmilərini dinlədiyini öyrənib.

5. 2019-cu ildə ABŞ rəsmiləri, Vaşinqtonda, o cümlədən Ağ Ev yaxınlığında yerləşdirilmiş mobil telefon izləmə cihazlarının arxasında İsrailin dayandığını müəyyən etdilər.

6. İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış Pegasus adlı casus proqramının ABŞ və digər ölkələrdə jurnalistlər, hüquq müdafiəçiləri və siyasətçilərə qarşı istifadə edildiyi iddia edilir.

7. 2024-cü ildə The Guardian və digər mənbələr tərəfindən yayımlanan məlumatlara görə, İsrailin kəşfiyyat agentlikləri Mossad və Şin Bet, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail liderlərinə qarşı müharibə cinayətləri ilə bağlı araşdırmalarını əngəlləmək məqsədilə məhkəmə rəsmilərini izləyib, onların rabitələrini ələ keçirib və təzyiq göstəriblər. Bu fəaliyyətlər, o vaxt İsrailin beynəlxalq hüquq institutlarına qarşı casusluq fəaliyyətinin bir nümunəsi kimi qiymətləndirildi.