5 Avropa ölkəsi: Humanitar yardım heç vaxt hərbi taktika kimi istifadə edilməməlidir
5 Avropa ölkəsi birgə bəyanat yayaraq, sionist rejimin humanitar yardımdan siyasi alət və ya Qəzzə zolağı xalqına qarşı hərbi taktika kimi istifadə etməsini və bu zolağa qarşı müharibənin genişləndirilməsini qəbuledilməz hesab ediblər və Qəzzanın mühasirəsinin aradan qaldırılmasına çağırıblar.
Britaniya, Danimarka, Fransa, Yunanıstan və Sloveniya, Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord tərəfindən qiraət olunan birgə bəyanatda bildiriblər ki, sionist İsrail rejimi 2 aydan çoxdur ki, Qəzzəyə yardımın daxil olmasını tamamilə bloklayıb. Yardımın “təzyiq rıçağı” kimi bloklanması qəbuledilməzdir.
Bəyanatda əlavə olunub: "Keçən həftə İsrailin təhlükəsizlik kabineti Qəzzədə hərbi əməliyyatlarını genişləndirmək planlarını təsdiqlədi. Biz fələstinlilərin əzabını artıran, eyni zamanda bölgədə sülh və təhlükəsizliyin uzunmüddətli maraqlarına və girovların təhlükəsiz qayıtmasına heç bir kömək etməyən hər iki hərəkətə qəti şəkildə qarşıyıq".
5 Avropa ölkəsi vurğulayıblar ki, İsrail tərəfindən Qəzzə torpaqlarını ilhaq etmək üçün istənilən cəhd qəbuledilməzdir və beynəlxalq hüququ pozur. Fələstin ərazisi azalmamalı və heç bir demoqrafik dəyişikliyə məruz qalmamalıdır.
Britaniya, Danimarka, Fransa, Yunanıstan və Sloveniya birgə bəyanatda bildiriblər ki, Yardım bloku təcili qaldırılmasa, daha çox fələstinli ölüm riski ilə üzləşəcək . Asanlıqla onların ölümünün qarşısı alına bilər. Humanitar yardım heç vaxt siyasi alət və ya hərbi taktika kimi istifadə edilməməlidir.
Bu ölkələr davamında belə deyiblər: "Bizim İsrailə iki aydın mesajımız var. Qəzzaya yardımın girişinə qadağanı indi aradan qaldırın və BMT-yə və bütün humanitar təşkilatlara insanların həyatını xilas etmək imkanı verin.