Marko Rubio: Prezident Tramp Rusiya Prezidenti ilə təcili görüşmək niyyətindədir
ABŞ Dövlət katibi Marko Rubio verdiyi açıqlamada bildirib ki, Prezident Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə mümkün olan ən qısa müddətdə birbaşa görüş keçirmək arzusundadır. Onun sözlərinə görə, bu görüş Ukrayna münaqişəsindən çıxış üçün mövcud olan azsaylı siyasi həll yollarından biri ola bilər.
Dövlət katibi əlavə edib ki, əgər Ukrayna və Rusiya arasında qarşılıqlı güzəştləri və realist yanaşmanı əks etdirən birgə sənəd hazırlanarsa, Birləşmiş Ştatlar bu prosesdə iştirakını davam etdirməyə hazırdır. Əks halda, mövcud siyasət və yanaşmalar yenidən nəzərdən keçiriləcək. Rubio həmçinin qeyd edib ki, belə bir yüksək səviyyəli görüşün təşkili müəyyən hazırlıq mərhələlərini tələb edir. Buna görə də hazırda konkret tarix müəyyən edilməyib. Bununla belə, Prezident Tramp görüşün ən qısa müddətdə baş tutmasında israrlıdır və Rusiya tərəfi də öz hazır olduğunu ifadə etmişdir.