Trampın Fars Körfəzinə səs-küylü səfərinin əsas nəticəsi: ABŞ silahı ilə alver
Trampın ərəb ölkələrinin dövlət inkişaf fondundan bir trilyon dollar götürməsini bir kənara qoysaq, əsas sual budur: ABŞ prezidentinin Fars Körfəzinin cənubuna səfəri, Yaxın Şərq xalqları üçün nə faydası var?
Çox az xarici müşahidəçi ərəb ölkələri ilə ABŞ arasındakı münasibətlərin gerçəkliyini anlamaya bilər. Regionun ərəb hökmdarları daim daxili və xarici təhdidlər fonunda "təhlükəsizlik dilemması" ilə üz-üzədirlər və bu şəraitdə ABŞ-ı öz hakimiyyət və varlıqlarını təhlükə anında qoruyacaq böyük bir tərəfdaş kimi görürlər.Dünyanın ən böyük ordusunun yəmənli mücahidlər qarşısında son məğlubiyyəti göstərdi ki, region rəhbərləri "məğlub at"-ın üzərində mərc ediblər.Qərbin təbliğat maşını strateji B-2 bombardmançılarını, beşinci nəsil F-35 qırıcılarını və təyyarədaşıyan gəmiləri məğlubedilməz döyüş maşınları kimi təqdim etməyə çalışsa da, reallıq budur ki, ABŞ ordusu döyüş meydanında yeganə güc sahibi deyil.