May 19, 2025 17:57 Asia/Baku
  • Vitkoff: İranla danışıqların növbəti mərhələsi Avropada ola bilər

Amerikanın yüksək səviyyəli müzakirəçisi bildirib ki, İranla danışıqların növbəti mərhələsi Avropada keçiriləcək.

İranla dolayı danışıqların əvvəlki dörd raundunda ABŞ nümayəndə heyətinə başçılıq edən Stiv Vitkof ABC News-a müsahibəsində deyib: "İranla danışıqların növbəti mərhələsi gələn həftə Avropa ölkələrindən birində keçiriləcək".

Vitkoff müsahibəsində ABŞ prezidenti Donald Trampın İslam İnqilabının Ali Məqamlı Rəhbərinə məktubuna və tərəflər arasında aparılan danışıqlara toxunaraq, əlavə edib: "ABŞ prezidenti məsələni diplomatiya və dialoq yolu ilə həll etmək istədiyini açıq şəkildə bəyan edib və bütün lazımi siqnalları İran tərəfinə çatdırıb".

ABŞ-ın yüksək səviyyəli müzakirəçisi ümidvarlıq edib ki, İranla gələn həftə keçiriləcək danışıqlar müsbət nəticələrə gətirib çıxaracaq.

Beynəlxalq Atom Enerjisi Agentliyi və hətta ABŞ və Qərb-in kəşfiyyat orqanlarının hesabatları İranın nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləsə də, bu amerikalı rəsmi Vaşinqtonun İranın zənginləşdirmə proqramına qadağalar və məhdudiyyətlər tətbiq etməsinin zəruriliyi ilə bağlı keçmiş iddialarını təkrarlayıb.

İranın xarici işlər naziri Seyid Abbas İraqçi isə Vitkoffun açıqlamalarına cavab olaraq, deyib: “Bu bəyanatlar danışıqlar prosesinin reallığından tamamilə uzaqdır və İranda zənginləşdirmə davam edəcək".

İraqçi əlavə edib: "Əgər onlar yəni amerikalılar İranın nüvə silahı istehsal etmədiyindən əmin olmaq istəyirlərsə, biz bu məsələdə əməkdaşlığa hazırıq. Əgər onların qeyri-real tələbləri varsa, onların yerinə yetirilməyəcəyi təbiidir".