May 20, 2025 11:14 Asia/Baku
  • Zelenski Rusiyadan sülh təklifinin detallarını gözləyir

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiyanın sülh üzrə yol xəritəsi barədəki «analşma sənədi»nin detallarından xəbərsizdir. Amma, Moskvanın bu barədəki təkliflərini araşdırmaq istəyir.

Zelenski dünən gecə Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Trampın telefon söhbətindən sonra bildirib: Haçan ruslardan qeydlər və ya təkliflər alarıqsa, onda öz baxışlarımızı ona əsasən təsnif edə bilərik.Ukrayna prezidenti jurnalistlərin «Siz Rusiyanın Xerson, Donetsk, Luqansk və Zaporojye bölgələrindən geri çəkilmək barədəki tələbini qəbul edirsiz, yoxsa yox?» sualını belə cavablandırıb: Biz qüvvələrimizi öz ərazilərimizdən çıxarmırıq.Zelenski bildirib ki, Tramp-Putin təmasından öncə Amerika prezidenti ilə telefonla söhbət edib və ondan istəyib ki, «bizsiz», yəni «Ukraynasız» Ukrayna barəsində qərar çıxarmasın, zira, «bizim, yəni Ukrayna üçün çox mühüm olan prinsipial məsələlər var».Putin və Tramp dünən axşam iki saatdan çox telefonla söhbət ediblər. Rusiya prezidenti amerikalı həmkarı ilə telefon əlaqəsini çox məzmunlu, açıq və olduqca konstruktiv adlandırıb. Bildirib ki: Rusiya münaqişənin həlli prinsiplərinə və atəşkəslə bağlı məsələlərə şamil ola biləcək gələcək sülh müqaviləsi barədəki anlaşma sənədi üzərində Ukrayna ilə həmkarlıq etməyə hazırdır.Tramp da bildiribdir ki. Rusiya və Ukrayna dərhal atəşkəs və ondan daha mühümü olan müharibənin bitməsi barədə müzakirələrə başlayacaqlar.