May 21, 2025 11:50 Asia/Baku

ABŞ dövlət katibi Marko Rubio ABŞ Senatında keçirilən dinləmədə Suriyada Əbu Məhəmməd əl-Colaninin keçid hökumətinin süqutunun mümkünlüyü barədə xəbərdarlıq edib.

Bu məlumata əsasən, Senatın Xarici Əlaqələr Komitəsinin iclasında iştirak edən Rubio deyib: "ABŞ-ın qiymətləndirməsi budur ki, Suriyanın hazırkı hökumətinin mümkün süqutu "aylar deyil, həftələr" ərzində reallaşa bilər.

ABŞ dövlət katibi bunun Suriya daxilində “tam miqyaslı vətəndaş müharibəsinə” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.Amerikalı diplomatın bu açıqlaması Suriyanın Bəşar Əsəd hökumətinin devrilməsindən sonra ələvi və druz azlıqlarına qarşı qanlı hücumlara səhnə olduğu bir vaxta təsadüf edir.

Marko Rubio çıxışının digər hissəsində bildirib ki, hazırda Suriyada “dərin daxili inamsızlıq” mövcuddur.Onun sözlərinə görə, Suriya qeyri-sabit olanda bütün Yaxın Şərq regionu qeyri-sabit olur.

Bu arada ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Ford Əl-Colaninin Qərb tərəfindən terror dünyasından necə çıxarıldığını və müntəzəm siyasətə gətirildiyini izah edib.

Keçmiş diplomat deyib ki, İŞİD terrorçusu Colaninin adının dəyişdirilməsindəki rolu ilə öyünür.

Ford 2011-ci ildən etibarən Suriyadakı ölüm qruplarının əsas himayədarı olub.