Britaniya hökuməti də insafa gəldi;
Vampir rejimlə Azad Ticarət Sazişi üzrə danışıqları dondurulur
Britaniya hökuməti sionist İsrail rejimi ilə Azad Ticarət Sazişi üzrə danışıqları dondurur.
Bu məlumata əsasən, xunta rejiminin səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Britaniyanın xarici işlər naziri David Lammy bu barədə deyib ki, israilli diplomatın diqqətinə azad ticarət sazişi üzrə danışıqların dayandırıldığı çatdırılıb.Nazir qeyd edib: "Britaniya hökuməti İsraillə Azad Ticarət Sazişi üzrə danışıqları dondurur. Britaniya Qəzzə üzərindən yeni, geniş quru əməliyyatına qarşıdır, Biz ədalətli və davamlı sülh üçün yeganə çərçivə olaraq qalan iki dövlətli həlldən imtina etməyəcəyik.
Biz artıq İsrailə Qəzzəyə qarşı müharibədə istifadə oluna biləcək silah satışını dayandırmışıq".
Xatırladaq ki, İsrail rejiminin Qəzzədə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı Fransa, Britaniya, Kanada dövlət və hökumət başçıları sanksiyalar tətbiq edəcəklərini bəyan ediblər.