Tramp Vaşinqtondakı səfirlik hadisəsinə reaksiya bildirdi
May 22, 2025 11:11 Asia/Baku
ABŞ-ın prezidenti Donald Tramp, Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında baş verən silahlı insident və nəticədə İsrail rejiminin səfirlik əməkdaşının həlak olması ilə bağlı ilk açıqlamasını yayımlayıb.
Tramp, “Truth Social” sosial platformasında yayımladığı bəyanatda qeyd edib: “Vaşinqtonda baş verən bu dəhşətli qırğın, açıq şəkildə antisemitizmə əsaslanır və dərhal dayandırılmalıdır.”O, əlavə edib: “Nifrət və ekstremizmə ABŞ-da yer yoxdur. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Belə hadisələrin yaşanması olduqca kədərlidir. Uca Tanrı bütün qurbanlara rəhmət etsin.”