«British Airways» qəsb olunmuş Fələstinə uçuşlarının dayandırılmasını uzadıb
İngiltərə aviaşirkəti- «British Airways» yaydığı bəyanatda Təl-Əvivə və oradan uçuşların dayandırılmasını uzadıb.
«British Airways» son raket hücumlarından yaranan təhlükəsizlik nigarançılıqlarına görə, Təl-Əvivdəki Ben-Qurion hava limanına uçuşların dayandırılmasını iyulun otuz birinədək uzatdığını bildirib.
Xarici aviaşirkətlər işğal olunmuş Fələstinə uçuşlarını dayandırmaqda davam edirlər. Bu qərar artan təhlükəsizlik nigarançılıqlarının ardınca qəbul olunub.
Yəmən Ənsarullah hərəkatının işğal olunmuş Fələstinin mərkəzində yerləşən Ben-Qurion hava limanına qarşı raket zərbələri bu aeroportda əmin-amansızlığa səbəb olub. Belə bir halda, beynəlxalq aviaşirkətlərin bu etibarsız hava limanına uçuşlarını ləğv etmələri dominosu davam edir.
Yəmən silahlı qüvvələrinin sözçüsü bundan öncə/ öz bəyanatında xarici hava yolları şirkətlərinə işğal olunmuş ərazilərə tərəf istənilən hava reysindən çəkinmək barədə xəbərdarlıq etmişdi.