Avropa İttifaqı ölkələrində və ABŞ-da islamofobiya güclənir
https://azeri.sahartv.ir/news/dünya-i420347-avropa_İttifaqı_ölkələrində_və_abŞ_da_islamofobiya_güclənir
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Avropa İttifaqı ölkələrində və ABŞ-da islamofobiyanın geniş yayıldığını bildirib.
(last modified 2025-05-24T05:32:41+00:00 )
May 24, 2025 09:30 Asia/Baku
  • Avropa İttifaqı ölkələrində və ABŞ-da islamofobiya güclənir

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Avropa İttifaqı ölkələrində və ABŞ-da islamofobiyanın geniş yayıldığını bildirib.

Migel Anxel Moratinos TASS Xəbər Agentliyi ilə müsahibəsində deyib: 

“Avropa İttifaqının əsas ölkələrində və hətta ABŞ-da islamofobiya güclənir. Niyə? Çünki İslamın nə olduğu haqqında bilik çatışmır. Çoxlu manipulyasiya və anlaşılmazlıq var”.

BMT rəsmisi bildirib ki, hazırda islamofobiyanın güclənməsi faktını gözardı etmək mümkün deyil.