May 27, 2025 11:33 Asia/Baku
  • Netanyahu təcrid olundu – Qərb Qəzzə müharibəsinin davamını niyə istəmir?

Qəzzə böhranı ətrafında baş verən son hadisələr göstərir ki, beynəlxalq aktorların sionist rejimə münasibəti yeni və həlledici bir mərhələyə qədəm qoyub.

Avropa İttifaqı bu dəfə əvvəlki mövqeyindən geri çəkilərək, İsraillə iqtisadi və ticarət əlaqələrinin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsini gündəmə gətirmişdir.Müharibənin uzanması Qərb blokunda strateji çaşqınlıq yaradaraq, beynəlxalq ictimaiyyət və hüquq institutları qarşısında ciddi etik və hüquqi məsrəflərlə nəticələnmişdir.Siyasi təhlilçilərin fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdakı mərhələdə ya radikal sağçı qüvvələrlə əməkdaşlıq edərək Qəzzəni işğal etmək, ya da beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında müharibəni dayandırmaq kimi iki seçim qarşısında qalacaqdır.