İngiltərə Parlamentinin qarşısında, İsrailin cinayətlərinə dəstəyə etirazlar oldu
https://azeri.sahartv.ir/news/dünya-i420526-İngiltərə_parlamentinin_qarşısında_İsrailin_cinayətlərinə_dəstəyə_etirazlar_oldu
Fələstin tərəfdarları: Qırmızı xətt haradadır?
(last modified 2026-02-16T11:18:11+00:00 )
İyun 04, 2025 15:20 Asia/Baku
  • İngiltərə Parlamentinin qarşısında, İsrailin cinayətlərinə dəstəyə etirazlar oldu

Fələstin tərəfdarları: Qırmızı xətt haradadır?

İngiltərə Parlamentində Baş nazirə həftəlik sual-cavab sessiyası zamanı bu gün (çərşənbə, 14 Xordad 1404) minlərlə Fələstin tərəfdarı insan zənciri — “Qırmızı xətt” — yaradaraq qanunverici orqanın ətrafını mühasirəyə alıb və Londondan İsrail rejiminə siyasi, diplomatik və silah dəstəyinin dayandırılmasını tələb edən şüarlar səsləndiriblər.Fələstin xalqına həmrəylik hərəkatının rəhbəri Ben Camal İRNA müxbirinə bildirib: “Bu gün buradayıq ki, parlamentə qırmızı xətti göstərək və İsrailə qarşı dərhal silah embarqosu və tam sanksiyaların tətbiqini tələb edək.”O əlavə edib: “Bu gün minlərlə qırmızı geyimli insan buradadır ki, desinlər: artıq sözlər kifayət deyil; biz hökumətdən İsrailin soyqırımında iştirakını dayandırmaq üçün konkret addımlar gözləyirik.”