İyun 05, 2025 11:45 Asia/Baku
  • Tramp Harvard universitetinin xarici tələbələrinə vizanı məhdudlaşdırdı

ABŞ prezidenti Donald Tramp federal qanunların pozulmasını bəhanə gətirərək, Harvard Universitetinin beynəlxalq tələbələri üçün viza verilməsini məhdudlaşdırdı. Ağ Evin yaydığı məlumata görə, Harvardın yeni tələbələri üç növ qeyri-immiqrant vizası ilə ABŞ-a daxil ola bilməyəcək. Eyni zamanda, ABŞ-ın dövlət katibi Mark Rubioya göstəriş verilib ki, yeni bildirişə əsasən, hazırda ölkədə olan xarici tələbələrin vizalarının ləğv edilməsi imkanını araşdırsın.