Papa Leo Putindən Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal tədbir görməyi xahiş etdi
İyun 05, 2025 11:56 Asia/Baku
Vatikanın mətbuat katibi Matteo Bruni bildirib ki, 14-cu Papa Leo Vladimir Putinlə telefon danışığında dialoqun əhəmiyyətini vurğulayaraq, Rusiya prezidentindən Ukraynada sülhün təmin olunması üçün tədbir görməyi istəyib.
Bəyanatda qeyd olunur ki, Papa və Putin həmçinin hazırkı məhbus mübadiləsi səyləri və Boloniya başpiskopu Kardinal Matteo Maria Zuppinin bu sahədə gördüyü işlər barədə danışıb.Vatikanın mətbuat katibi əlavə edib ki, Papa bu telefon söhbətində ortaq dini dəyərlərə işarə edərək, bu dəyərlərin Rusiya ilə Ukraynanı sülh yoluna yönəldə biləcək işıq ola biləcəyini söyləyib.