Pakistan: ABŞ-ın Qəzzədə atəşkəs qətnaməsini veto etməsi dünyaya təhlükəli mesaj verir
İyun 05, 2025 11:58 Asia/Baku
BMT-də Pakistanın daimi nümayəndəsi Əsim İftixar Əhməd bildirib ki, ABŞ hökumətinin Təhlükəsizlik Şurasında Qəzzədə atəşkəs üçün qətnaməni veto etməsi insan hüquqları qanunlarına ziddir və Fələstinlilərə qarşı davam edən cinayətlərə birbaşa dəstəkdir. Bu, dünyaya təhlükəli bir mesajdır.
Pakistanlı diplomat əlavə edib: “Biz Təhlükəsizlik Şurasının yenə də kollektiv ağrı, vəhşilik və faciəyə qarşı hərəkətsiz qalmasından qorxuruq. Bugünkü veto mesajı belədir ki, mühasirədə olan 2 milyondan çox fələstinlinin həyatı, aclıq və amansız bombardmanlar gözardı edilə bilər.”