İyun 05, 2025 12:25 Asia/Baku
  • Əl-Əhram:  Əraqçinin Qahirəyə səfəri Misirlə İranı bir-birinə daha da yaxınlaşdırır

Misirin nüfuzlu “Əl-Əhram” qəzeti İran İslam Respublikasının xarici işlər nazirinin Qahirəyə səfərinə toxunaraq yazıb: Abbas Əraqçinin bu həftə Qahirəyə etdiyi diqqətçəkici və rəmzi səfər, İran-Misir münasibətlərində dönüş nöqtəsinin əlaməti kimi qiymətləndirilir. Bir çox müşahidəçilər bu səfəri iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm addım sayır.

Qahirədəki məlumatlı mənbələr bildirirlər ki, Misir Tehran ilə Qərb ölkələri arasındakı uçurumu azaltmaq üçün vasitəçi rolunu öz üzərinə götürə bilər. Eyni zamanda, bu səylər bölgədə təhlükəsizlik strukturlarının gücləndirilməsinə də xidmət edəcək. Məlumata görə, misirli bir rəsmi şəxsin təklifi ilə İran və Misir birlikdə Yaxın Şərqdə nüvə silahlarından azad bir zona yaratmaq istiqamətində əməkdaşlıq edə bilərlər. Bu təşəbbüs həm də İranın nüvə məsələsini İsrailin elan edilməmiş nüvə arsenalı ilə əlaqələndirmək məqsədi daşıyır.