İyun 06, 2025 13:45 Asia/Baku
  • ABŞ Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin 4 hakiminə sanksiya tətbiq etdi

ABŞ hökuməti Prezident Donald Trampın rəhbərliyi altında cümə axşamı günü Beynəlxalq Cinayət Məhkəməsinin dörd hakiminə qarşı rəsmi sanksiyalar elan edib. ABŞ Dövlət katibi Marko Rubio bu qərarı Məhkəmənin ABŞ və İsrailə qarşı atdığı “qanunsuz addımlar”a cavab olaraq qiymətləndirib.