İyun 09, 2025 17:57 Asia/Baku
  • Amerikadakı etirazlar San-Fransiskoda da baş qaldırıb

"New York Times" qəzeti yazır ki, San-Fransiskoda etiraz aksiyaları bazar günü axşam (yerli vaxtla) başlayıb.

Etirazçılar əvvəlcə Los-Ancelesdəki nümayişçilərə dəstək vermək üçün dinc və sakit şəkildə toplaşıblar. Lakin bu dinc aksiya, bəzi iştirakçılarla polis arasında fiziki qarşıdurmanın başlaması ilə zorakılığa çevrilib.Aksiya Sənsom küçəsindəki Miqrasiya və Gömrük İdarəsinin qarşısında, Transamerika Piramidası (göydələn) binasının önündə keçirilib.

Etirazçılardan biri Azadlıq Heykəli geyimində olub, digərləri isə avtoritar rejimə etiraz edən bayraqlar və plakatlar daşıyıblar.Ancaq bəzilərinin Sənsom küçəsinə çıxaraq əllərində dəyənəklərlə və xüsusi geyimdə olan polis qüvvələrinin qarşısında dayanması etirazın zorakılığa çevrilməsinə səbəb olub.