İyun 09, 2025 18:29 Asia/Baku
  • Polşada NATO qırıcıları havaya qalxıblar

Rusiyanın Ukraynanın qərb sərhədi yaxınlığında hava hücumlarının ardınca Polşanın və NATO-ya üzv ölkələrin qırıcıları bu gün səhər saatlarında Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün havaya qalxıblar.

Bu xəbəri Polşa silahlı qüvvələrinin əməliyyat komandanlığı verib.

Polşa silahlı qüvvələri «X» platformasında yaydığı bəyanatda bildiribdir ki, bu addım, təhlükə altında olan bölgələrlə qonşu bölgələrin təhlükəsizliyini təmin etmək üçün atılıb. Bəyanat həmçinin qeyd edibdir ki, Rusiyanın hücumları Moskva raketlərinin Polşa ərazisinə yayınmaları ehtimalı barədə nigarançılıqların yaranmasına səbəb olub.

Polşa silahlı qüvvələrinin əməliyyat komandanlığı da dünən bu haqda məlumat verib: Rusiyanın Ukrayna ərazisinə qarşı şiddətli hava hücumları ilə əlaqədar, Polşanın və müttəfiqlərin təyyarələrinin Polşanın hava məkanındakı fəaliyyətləri səhərin ilk saatlarından başlanıb.

Bu orqanın bildirdiyinə görə, Polşa ordusu reaksiya olaraq, hava və quru müdafiə sistemləri və hazır vəziyyətdə olan qırıcılar da daxil olmaqla öz əlçatanlığında olan bütün imkan və qüvvələrdən istifadə edib.

Hərbi rəsmilərin bildirdiklərinə görə, indiyədək Polşanın hava məkanının pozulması haqda heç bir hal xəbər daxil olmayıb.

Polşa ordusunun bəyanatında həmçinin deyilir: Ordu ardıcıl surətdə Ukrayna ərazisindəki vəziyyəti nəzarətdə saxlayır və ölkənin hava məkanını qorumaq üçün tam hazır vəziyyətdə qalacaq. Öz müttəfiqlərini himayə etdiyi üçün NATO-nun aviasiya qüvvələrinə təşəkkür edirik.

Eyni zamanda, Ukraynaın hava qüvvələri bildiribdir ki, Rusiya PUA-ları ötən sutka ərzində müxtəlif bölgələri, o sıradan, Sumı, Çerniqov, Kiyev, Poltava, Xarkov, Dnepropetrovsk, Donetsk, Jitomir və Zaporojye əyalətlərini hədəfə alıblar.