Avstriyada məktəbli şagirdin açdığı atəş 11 nəfərin həyatına son qoydu
https://azeri.sahartv.ir/news/dünya-i420622-avstriyada_məktəbli_şagirdin_açdığı_atəş_11_nəfərin_həyatına_son_qoydu
Avstriyanın Qrats şəhərində bir məktəbdə baş verən silahlı hücum faciəyə çevrildi. Yerli mediaya görə, hadisə nəticəsində çox sayda insan həyatını itirib.
(last modified 2025-06-10T11:34:00+00:00 )
İyun 10, 2025 15:32 Asia/Baku
  • Avstriyada məktəbli şagirdin açdığı atəş 11 nəfərin həyatına son qoydu

Avstriyanın Qrats şəhərində bir məktəbdə baş verən silahlı hücum faciəyə çevrildi. Yerli mediaya görə, hadisə nəticəsində çox sayda insan həyatını itirib.

Məlumata görə, hücumu törədən şəxs həmin məktəbin şagirdlərindən biri olub. O, silahla məktəbə daxil olaraq iki sinifə girib və sinifdə olanlara atəş açmağa başlayıb.

Avstriya mediası bildirir ki, hadisə nəticəsində ən azı 11 nəfər həlak olub. Həyatını itirənlər arasında şagirdlər və müəllimlər də var.