İyun 10, 2025 16:04 Asia/Baku
  • Rusiya Ukraynaya şiddətli dron hücumu həyata keçirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın ən şiddətli hava hücumlarından birində paytaxt Kiyev və Odessa şəhərində bir doğum evi hədəfə alınıb və ən azı 2 nəfər həlak olub.

Röyters xəbər agentliyi şahidlərin dediyinə əsasən bildirib ki, çərşənbə axşamı səhər erkən saatlarda güclü partlayışlar Kiyevi silkələyib və şəhər səmasını qatı tüstü bürüyüb. 

Paytaxt rəsmiləri bildiriblər ki, paytaxtın 10 rayonundan yeddisinin vurulmasından sonra ən azı dörd nəfər xəstəxanalıq olub. 

Prezident Volodimir Zelenski deyib: "Bu gün Kiyevə qarşı ən böyük hücumlardan biri olub. Rusiyanın raketi və dron zərbələri ABŞ və dünyanın hər yerindən başqalarının Rusiyanı sülhə məcbur etmək səylərini kölgə altında qoyur. 

Zelenski Ukraynanın müttəfiqlərini Rusiyanı sülhə məcbur etmək üçün addımlar atmağa çağırıb.