ABŞ polisi ilə etirazçıların toqquşmaları şiddətlənib
Amerika prezidenti Donald Trampın miqrasiya siyasətləri əleyhinə etirazların artmasının ardınca bu ölkənin müxtəlif şəhərləri etirazçıların təhlükəsizlik qüvvələrilə toqquşmaları səhnəsinə çevrilib.
Etirazlar iyunun yeddisindən- Los-Ancelesdə geniş miqrasiya basqınlarından sonra şiddətlənib. Basqınlar zamanı sənədi olmayan azı qırx dörd miqrant həbs olunub.
Ötən günlər ərzində aksiyalar Boston, San-Fransisko, Dallas, Çikaqo, Atlanta, Tampa, Hyuston və Nyu-York şəhərlərinə yayılıb.
Bunun cavabında, federal və yerli rəsmilər çaxnaşmaları idarə etmək üçün hərbi qüvvələrdən və polisin xüsusi təyinatlı bölmələrindən istifadə ediblər.
Tramp Kaliforniya qubernatoru ilə koordinasiya aparmadan, dörd min yüz milli qvardiya qüvvəsi və yeddi yüz dəniz piyadasının bu ştata göndərilməsi barədə göstəriş verib. Bu isə, əksinə, gərginliyi daha da şiddətləndiribdir.