İyun 12, 2025 19:13 Asia/Baku
  • 96 millət vəkili İsrail rejiminə qarşı sanksiya tələb etdi!

Britaniyada İcmalar Palatasının və Lordlar Palatasının 96 üzvü İngiltərənin baş naziri Keir Starmerə məktub yazaraq, İsrail rejiminə qarşı sanksiyaların tətbiq edilməsini istəyib.

Məktubda işğal olunmuş Fələstin torpaqlarında baş verənlərlə bağlı narahatlıq ifadə olunaraq deyilir: “Biz Britaniyanı İsrailin beynəlxalq hüququ sistematik şəkildə pozmasına cavab verməyə, Fələstin torpaqlarını qəsb edən sionistlərə qarşı sanksiyaların tətbiqinə çağırırıq”.

Məktubda qeyd olunur ki, işğalçı güc olaraq İsrailin fələstinliləri qorumaq vəzifəsi var. Halbuki, işlərin az qala yarısında İsrail təhlükəsizlik qüvvələri hücumçuları müşayiət edib və ya onlara fəal dəstək verib.

Parlamentarilər xatırladıblar ki, bir çox beynəlxalq məhkəmələrin və Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına baxmayaraq, işğalçı rejim Qüds də daxil olmaqla İordan çayının qərb sahilində 750 min sionistin Fələstin torpaqlarını ələ keçirməsini dəstəkləyir, lakin hər kəs bilməlidir ki, Fələstin torpaqlarında işğal olunmuş yaşayış məntəqələrinin yaradılması Fələstinin varlığını təhlükə altında qoyur.

Məktubda təkid olunub ki, Britaniyanın da beynəlxalq hüquq çərçivəsində soyqırımın qarşısının alınması, beynəlxalq humanitar hüquqa hörmətin təmin edilməsi, beynəlxalq hüququn pozulması qarşısında əməkdaşlıq və ticarəti dayandırmaq kimi öhdəlikləri var.

Məktubda həmçinin “Britaniyanın İsrailə qarşı sanksiya tələbi, qəsb edilmiş Fələstin torpaqlarından ticarətə qadağa qoyulması və mövcud İngiltərə-İsrail Ticarət Sazişinin dayandırılması” ifadələri də yer alıb.