KƏRBƏLA VƏ MƏŞHƏDDƏ ƏZA BAYRAQLARI DALĞALANIB
https://azeri.sahartv.ir/news/dünya-i420743-kƏrbƏla_vƏ_mƏŞhƏddƏ_Əza_bayraqlari_dalĞalanib
Müqəddəs Kərbəla şəhərində yerləşən İmam Hüseyn(ə) və Həzrət Əbülfəzl-əl-Əbbas(ə)-ın hərəmlərinin bayraqları məhərrəm ayının birinci gecəsilə bir zamanda, xüsusi mərasimlə dəyişdirilib.
(last modified 2025-06-30T08:27:44+00:00 )
İyun 27, 2025 12:26 Asia/Baku
  • KƏRBƏLA VƏ MƏŞHƏDDƏ ƏZA BAYRAQLARI DALĞALANIB

Müqəddəs Kərbəla şəhərində yerləşən İmam Hüseyn(ə) və Həzrət Əbülfəzl-əl-Əbbas(ə)-ın hərəmlərinin bayraqları məhərrəm ayının birinci gecəsilə bir zamanda, xüsusi mərasimlə dəyişdirilib.

Bu ruhani mərasimdə qızılı intiqam bayraqları pak hərəmlərin günbəzləri üzərindən aşağı salınıb və əza bayraqları onların üzərində dalğalandırılıb.Bayraqların dəyişdirilməsindən öncə, Kərbəladakı hərəmlərin günbəzləri gülabla yuyulub və xüddamlar qara bayraqları İmam Hüseyn(ə) və Həzrət Əbülfəzl-əl-Əbbas(ə)-ın müqəddəs hərəmlərinin üzərində dalğalandırıblar.Həmçinin, müqəddəs Məşhəd şəhərində İmam Rza(ə)-ın pak hərəminin bayrağının dəyişdirilməsi mərasimi hərəmin İslam İnqilabı səhnində həyata keçirilib.