Qərb mətbuatı Tramp marşrutunun doğurduğu reaksiyanı təhlil edib
Economist: İran və Rusiya bu layihənin əleyhinədirlər
Qərbin nüfuzlu media orqanları Tramp marşrutunun doğurduğu reaksiyanı təhlil edirlər.
Britaniya nəşri olan Economist dərgisi bildirir ki, Trampın icarəyə götürdüyü yol Rusiya və İranın regiondakı mövqelərinə təhdiddir və bölgədə yeni geosiyasi qarşıdurma yarada bilər.
Economistin yazdığına görə, İran rəsmiləri artıq bəyan ediblər ki, marşrut “İranın milli təhlükəsizliyinə qarşı yönəlib” və bunun qarşısını almaq üçün lazımi tədbirlər görüləcək. Moskva da narazıdır. Rusiya diplomatları hesab edir ki, ABŞ-ın bu təşəbbüsü onların Cənubi Qafqazdakı vasitəçilik rolunu zəiflətmək üçün nəzərdə tutulub”.
Nəşr qeyd edib ki, Tramp marşrutu layihəsinin reallaşması ehtimalı bu səbəblərdən aşağıdır.
Nyu-Yorkda fəaliyyət göstərən “Quincy Institute” portalı isə Trampın Azərbaycan və Ermənistan arasında vasitəçilk cəhdinə toxunaraq yazır: “ABŞ prezidentinin bu təşəbbüsünə Ermənistan və Azərbaycan daxilində reaksiyalar xəyali olaraq soyuq olub, hətta hər iki ölkə Rusiyanın təsirinin zəifləməsini arzulasa da, ABŞ-ın bu prosesə müdaxiləsinə hədsiz ehtiyatla yanaşırlar. Ən böyük problem isə suverenlik məsələsidir. Ermənistanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti ölkənin cənubundan keçən yolun üzərində tam nəzarəti saxlamalıdır”.
Məqalə açıq şəkildə göstərir ki, Ermənistan suverenliyini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır və bu, ictimai rezonans yarada bilər.