BMT:
Bakı-İrəvan sazişini alqışlayırıq
BMT sözçüsü deyibdir ki, təşkilatın baş katibi cümə günü ABŞ prezidenti Donald Trampın müşayiəti ilə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanan əhatəli «birgə bəyannamə»ni Ermənistanla Azərbaycan Respublikası arasındakı əlaqələrin normallaşdırılmasında mühüm dönüş nöqtəsi kimi alqışlayır.
O, əlavə edib: BMT baş katibi Azərbaycan Respublikasının prezidenti və Ermənistanın baş nazirinin etimadın yaradılması və stabil dialoq barədəki öhdəliklərini yüksək qiymətləndirir və ABŞ prezidentinin/ irəliləyişin asanlaşdırılması sahəsindəki səylərini rəsmən tanıyır.
Baş katib Birləşmiş Millətlər Təşkilatının Cənubi Qafqazda stabil sülhün reallaşdırılması üzrə bütün səylərə olan güclü dəstəyinə təkid edir- deyə, BMT sözçüsü bildirib.