Britaniyalı deputatlardan möhtəşəm jest:
“İsrail səfiri ölkədən çıxarılsın!”
Britaniyanın müxtəlif partiyalarından olan millət vəkilləri baş nazir Keir Starmerə məktub göndərərək, İsrailin Londondakı səfiri Tzipi Hotovelinin dərhal ölkədən çıxarılmasını tələb ediblər.
Leboristlər Partiyası, Müstəqil Alyans, Yaşıllar Partiyası və Şotlandiya Milli Partiyasından olan deputatlar tərəfindən imzalanan və baş nazirə ünvanlanan məktubda bildirilir ki, hökumət İsrailin Qəzzədə törətdiyi soyqırıma qarşı təcili tədbirlər görməlidir.
Məktubda qeyd edilib ki, soyqırım törədən İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzənin tam hərbi işğalına başladığını elan etməsi, bölgənin demək olar ki, tamamilə məhv edilməsinə, mülki əhalinin sistematik aclıqdan ölməsinə və on minlərlə insanın ölümünə səbəb olan kampaniyanın son mərhələsidir.
Bəyanatda İsrailin tətbiq etdiyi blokadanın xəstəxanalar, məktəblər, yardım karvanları və əsas infrastruktur obyektləri hədəf alınaraq, 1 milyondan çox uşağın bunun nəticəsində kəskin qida çatışmazlığı və tibbi çöküşlə üzləşdiyi vurğulanıb.
Məktubda qeyd olunur ki, Britaniya Soyqırım Konvensiyasının tərəfi kimi, hər yerdə soyqırımın qarşısını almaq üçün aydın və məcburi hüquqi öhdəliyə malikdir, hökumət beynəlxalq hüququn pozulmasına və kütləvi vəhşiliklərin davam etdirilməsinə dözməyəcəyini nümayiş etdirmək üçün İsrailin Londondakı səfiri Hotoveli-ni ölkədən çıxarmalıdır.
Məktubda həmçinin İsrailə qarşı beynəlxalq sanksiyaların qorunması, Beynəlxalq Ədalət Məhkəməsinin ehtiyat tədbirlərinə riayət edilməsi, müharibə cinayətləri və soyqırım iddiaları ilə bağlı beynəlxalq araşdırmalarla tam əməkdaşlıq edilməsinin vacibliyi vurğulanıb.