Avq 16, 2025 13:09 Asia/Baku
  • BMT: İsrailin yardım karvanlarına hücumları qəsdəndir

BMT-nin İnsan Hüquqları Ofisi sionist rejimin Qəzzədə yardım karvanlarını təmin edənlərə qarşı hücumlarına işarə edərək, bildirib ki, bu hücumlar qəsdən və təkrarlanan hücumlardır.

Oxfam beynəlxalq yardım təşkilatının sözçüsü İsrail rejiminin Qəzzə zolağına yardımın çatdırılmasına mane olmasına toxunaraq, deyib: "Davam edən bombardmanlar və dron hücumları səbəbindən yardımın verilməsində çoxsaylı problemlərlə üzləşirik". 

Kris Məkintaş əlavə edib: "Sionist rejim yardımların gətirilməsinə icazənin verilməsini qəsdən gecikdirir". 

Məkintaş qeyd edib ki, bu rejim Qəzzə zolağına yardım səylərinin qarşısını almaq üçün blokada taktikasını silah kimi istifadə edir.

O, həmçinin bildirib ki, İsrail rejimi təhlükəsizlik bəhanəsi ilə generatorların gətirilməsinə mane olur.

Oxfam sözçüsü bildirib ki, İsrail rejimi Qəzzədə yardımların çatdırılmasına mane olmaqdan bu qurumun əməkdaşlarını məyus etmək üçün bir silah kimi istifadə edir.

Eyni zamanda BMT-nin insan hüquqları ofisi İsrail qüvvələrini humanitar yardım göstərənlərə hücumları dərhal dayandırmağa çağırıb. 

BMT-nin İnsan Hüquqları Ofisi cümə günü qeyd edib ki, İsrail işğalçı qüvvələrinin Qəzzə zolağında yardım karvanlarını təmin edənlərə qarşı təşkil etdiyi hücumlar qəsdən və təkrarlanan hücumlardır. 

Ofisin məlumatına görə, bu hücumlar mülki əhali arasında aclığın yayılmasına əhəmiyyətli dərəcədə töhfə verib və xaosu daha da gücləndirib. 

Eyni kontekstdə Ofis əlavə edib ki, mayın 27-dən bəri ən azı 1,769 yardım axtaran şəxsin şəhid olmasını sənədləşdirib.