Avq 16, 2025 13:42 Asia/Baku
  • Trampla görüş konstruktiv və faydalı idi

Rusiya prezidenti Vladimir Putin Alyaskada amerikalı həmkarı ilə təxminən üç saat davam edən danışıqları konstruktiv və faydalı qiymətləndirərək, deyib: “Ukrayna münaqişəsinin həlli Trampla görüşdə əsas müzakirə mövzularından biri olub”.

Putin ABŞ prezidenti Donald Trampla Alyaskanın Ankoric şəhərində yerləşən Elmendorf-Riçardson hərbi bazasında keçirdiyi birgə mətbuat konfransında danışıqların konstruktiv və qarşılıqlı hörmət şəraitində keçdiyini bildirib.

O, Alyaskada əldə olunan razılaşmaların Ukrayna probleminin həlli üçün əsas olacağına və Rusiya ilə ABŞ arasında münasibətlərin bərpasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Rusiya prezidenti Rusiya bəyan edib ki, Rusiya Ukrayna böhranına son qoymaqda maraqlıdır və Moskva Kiyevin təhlükəsizliyi ilə bağlı əməkdaşlığa hazırdır.

Vladimir Putin davamında Moskva və Vaşinqtonun münasibətlərində səhifəni çevirib, tərəflərin əməkdaşlığa qayıtmasını zəruri hesab edib və qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlər son illərdə Soyuq Müharibədən bəri ən aşağı səviyyəyə enib; aydındır ki,gec-tez vəziyyətin düzəldilməsinə ehtiyac var. 

ABŞ prezidenti Donald Tramp isə Rusiya prezidenti ilə görüşünü konstruktiv adlandırıb və bir çox məsələlər barədə razılığa gəldiklərini bildirib.

Donald Tramp Alyaskadan canlı yayımlanan birgə mətbuat konfransında, söhbətlərinə   müsbət tonla başlayıb, lakin hələlik yekun razılaşmanın olmadığını qeyd edib.

Tramp bildirib ki, Rusiya prezidenti ilə ikitərəfli görüşündə “böyük irəliləyiş” əldə olunub, “bir çox məqamlar razılaşdırılıb” və yalnız bir neşə həll olunmamış problem var.