BCM-də İsrailin iki nazirinə qarşı ittiham irəli sürülüb
https://azeri.sahartv.ir/news/dünya-i421276-bcm_də_İsrailin_iki_nazirinə_qarşı_ittiham_irəli_sürülüb
Beynəlxalq Cinayət Məhkəməsində qaniçən İsrail rejiminin iki nazirinə qarşı ittiham irəli sürülüb.
(last modified 2025-08-16T08:21:19+00:00 )
Avq 16, 2025 12:20 Asia/Baku
  • BCM-də İsrailin iki nazirinə qarşı ittiham irəli sürülüb

Beynəlxalq Cinayət Məhkəməsində qaniçən İsrail rejiminin iki nazirinə qarşı ittiham irəli sürülüb.

Middle East Eye saytı xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən iki tanınmış ultra-ifratçı nazir barəsində aparteid ittihamı ilə həbs orderi müraciətləri hazırlanıb.

Bu məlumata əsasən, əgər milli təhlükəsizlik naziri İtamar Ben Qvir və maliyyə naziri Bezalel Smotriç barəsində həbs orderi verilsə, bu, beynəlxalq məhkəmədə aparteid cinayətinə görə ilk dəfə ittiham irəli sürülməsi olacaq.

Məhkəmədəki bir mənbə bildirib ki, bu həbs orderi müraciətləri tam şəkildə hazırlanıb və yeganə baş verməyən şey onların məhkəməyə təqdim olunmamasıdır.