Trampın Ukrayna müharibəsini həll etmək vədi
https://azeri.sahartv.ir/news/dünya-i421313-trampın_ukrayna_müharibəsini_həll_etmək_vədi
ABŞ prezidenti Avropa liderləri, NATO-nun baş katibi və Ukrayna prezidenti ilə birgə görüşdə bildirib ki, Ukrayna müharibəsinin perspektivi bir-iki həftə ərzində bəlli olacaq.
(last modified 2025-08-19T05:38:41+00:00 )
Avq 19, 2025 09:37 Asia/Baku
  • Trampın Ukrayna müharibəsini həll etmək vədi

ABŞ prezidenti Avropa liderləri, NATO-nun baş katibi və Ukrayna prezidenti ilə birgə görüşdə bildirib ki, Ukrayna müharibəsinin perspektivi bir-iki həftə ərzində bəlli olacaq.

Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşündə deyib: "İnanıram ki, onlar tezliklə başa düşəcəklər ki, bu münaqişəyə son qoyula bilər, yoxsa yox". 

Tramp Zeıenski ilə görüşünə toxunaraq, əlavə edib: "Çox uğurlu gün idi. Mühüm danışıqlar apardıq. Hamımız müharibəni və qırğınları dayandırmağa çalışırıq. Putinlə də dolayısı ilə danışmışam. Bundan sonra onunla danışacam, bəlkə də çox yaxşı söhbət olar. Sonra müharibənin şərrindən xilas olmaq üçün üçtərəfli görüşümüz olacaq".