Pakistanda terror aktı nəticəsində 12 hərbçi həlak olub
Sen 13, 2025 19:17 Asia/Baku
Cənubi Vəziristan bölgəsində Pakistan ordusunun hərbi karvanına qarşı terror hücumu həyata keçirilib, 12 hərbçi həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
Hadisə Xeybər-Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsinin Bədr rayonu yaxınlığında baş verib.
Səlahiyyətlilər yaralıların vəziyyətinin ağır olduğunu və xilasetmə əməliyyatlarının davam etdiyi üçün ölənlərin sayının arta biləcəyini bildirirlər.
Bu hücum 2024-cü ilin dekabrından bəri Cənubi Vəziristanda Pakistan ordusuna qarşı ən qanlı hücumdur.
Pakistan mediası təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, ordu qüvvələrinə bugünkü hücuma görə məsuliyyəti Təhrik-e-Taliban-i Pakistan qruplaşması öz üzərinə götürüb.