Sen 20, 2025 13:17 Asia/Baku
  • Baqram aviabazası ABŞ-yə verilməyəcək

"Taliban" hərəkatının nümayəndələri amerikalıların dörd il əvvəl tərk etdikləri Baqram aviabazasına nəzarəti heç vaxt ABŞ-a verməyəcəklərini bəyan ediblər.

Talibanın sözçüsü Zəbihullah Mücahid Trampın tələblərinə cavab olaraq deyib: “Biz amerikalıları İslam Əmirliyindən qovmuşuq və onların ölkəmizdə olmalarını qəbul etməyəcəyik. Onlar onilliklər ərzində bizə hücum ediblər, bizimlə döyüşüblər və biz burada heç bir amerikalıya dözməyəcəyik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İngiltərəyə səfəri zamanı Baqram aviabazasını ABŞ-ın nəzarətinə qaytarmaq planlarını açıqlayıb. O bildirib ki, baza Çinə yaxın yerləşdiyi üçün ABŞ üçün strateji əhəmiyyət kəsb edir.

Taliban sözçüsü Baqram hava bazasının Çinin yox, Əfqanıstanın nəzarəti altında olduğunu qeyd edib.