Sen 24, 2025 11:19 Asia/Baku
  • Tramp Zelenskiyə təlimat verdi

Amerika prezidentinin Zelenski ilə görüş zamanı verdiyi açıqlamalar və görüşdən sonrakı sosial media paylaşımı onun Ukrayna məsələsində mövqeyini əsaslı şəkildə dəyişdiyini göstərir.

Tramp bildirib ki, Rusiyanın ciddi iqtisadi problemləri var və onun iqtisadiyyatı dağılır. O, Rusiyanı "kağız pələng" adlandıraraq iddia edib ki, Ukrayna Avropanın və NATO-nun dəstəyi ilə zamanla, səbrlə bütün ərazilərini geri qaytara bilər.

Müharibəni körükləmələ Rusiyanı çökdürəcəyini düşünən ABŞ-ın dövlət başçısı Ukraynanı böyük ruha sahib ölkə; ukraynalıları çox cəsur və yaxşı döyüşçü; Zelenskini isə ağır mübarizəyə başçılıq edən mərd insan kimi xarakterizə edib.

Tramp onu da əlavə edib ki, NATO ölkələri onların hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdır.