“İsrail hərbi yolla HƏMAS-ı məğlub edə bilməz”
https://azeri.sahartv.ir/news/dünya-i421720-İsrail_hərbi_yolla_hƏmas_ı_məğlub_edə_bilməz
Fransa prezidenti Emmanuel Makron etiraf edib ki, sionist İsrail rejimi HƏMAS-ın əsas liderlərini öldürsə də, bu müqavimət təşkilatının ilk gündə olduğu qədər çoxlu sayda döyüşçüsü var.
(last modified 2025-09-24T03:56:05+00:00 )
Sen 24, 2025 07:53 Asia/Baku
  • “İsrail hərbi yolla HƏMAS-ı məğlub edə bilməz”

Fransa prezidenti Emmanuel Makron etiraf edib ki, sionist İsrail rejimi HƏMAS-ın əsas liderlərini öldürsə də, bu müqavimət təşkilatının ilk gündə olduğu qədər çoxlu sayda döyüşçüsü var.

ABŞ prezidenti Donald Trampla görüşü zamanı Makron deyib: “HƏMAS-a qarşı hərbi üsullar effektiv deyil, hərtərəfli yanaşma lazımdır. Çünki hərbi əməliyyatlar HƏMAS-ın aradan qaldırılmasına kömək etmədi, bu, yanlış yanaşmadır. Ona görə də hərtərəfli prosesə ehtiyac var”.

Fransa prezidenti Trampla görüşdən əvvəl mediaya verdiyi müsahibədə bildirib ki, Amerika lideri Qəzzə zolağında münaqişəni dayandırmayana qədər Nobel Sülh Mükafatına iddia edə bilməz. Onun sözlərinə görə, ABŞ bu münaqişənin həllinə təsir etmək üçün ən yaxşı vəziyyətdədir, çünki o, İsraili Qəzzə zolağında hərbi əməliyyatda istifadə olunan silahlarla təmin edir.