Sen 27, 2025 17:23 Asia/Baku
  • İsrail ilə üçüncü böyük hərbi müqavilə ləğv edildi - AKTUAL

İspaniya hökuməti sionist İsrail rejimi ilə silah ticarətini qadağan edən kral fərmanının qüvvəyə minməsindən sonra üçüncü böyük hərbi müqaviləni də ləğv edib.

Bu xəbərə görə, Madrid təxminən 207 milyon avroluq müqaviləni ləğvi edib.

Bununla bağlı ölkənin Nazirlər Kabineti İsrailə qarşı “tam silah embarqosu” tətbiq edən kral fərmanını təsdiqləmiş olub. Yeni məhdudiyyətlərə əsasən, mövcud lisenziyalar ləğv edilir, gələcək ixracat və idxal isə bloklanır. Fərman həmçinin İsrailə hərbi yanacaq tranzitini və işğal olunmuş ərazilərdən gələn məhsulların idxalı da məhdudlaşdırılır.

Xatırladaq ki, İspaniya hökuməti sentyabrın 15-də də 700 milyon avro dəyərində İsrail mənşəli raket sistemləri tədarükü üzrə böyük müqaviləni ləğv etmişdi.

Baş nazir Pedro Sançez Qəzzədəki əməliyyatları sərt şəkildə tənqid edib və İsrailin hərəkətlərini genosid kimi xarakterizə edən bəyanatlar verib.

Madridin bu addımı digər Avropa paytaxtlarına da təzyiq göstərə və ya onları sionist rejimə qarşı oxşar məhdudiyyətlər tətbiq etməyə sövq edə bilər.

Bu günlərdə həmçinin İspaniyanın baş naziri bəyan edib ki, Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkənin idman yarışlarından məhrum edildiyi kimi, İsrailin də Qəzzəyə hücumuna xatir bu rejimin beynəlxalq yarışlardan çıxarılması zəruridir.

O sual verib: “Niyə Rusiyaya qarşı bu cür tədbirlər görüldü, amma İsrailə qarşı bunlar görülmür?”.