Okt 06, 2025 14:41 Asia/Baku
  • Çikaqo vətəndaş müharibəsinə səhnə oldu

Çikaqo, Donald Tramp administrasiyasının bölgəyə federal qüvvələri göndərmək əmrindən sonra etirazçılarla federal polis arasında vətəndaş müharibəsi səhnəsinə çevrilib. Bu qarşıdurmalar, etirazçı bir qadına açılan atəşlə daha da şiddətlənib və vəziyyəti böhran həddinə çatdırıb.

Donald Tramp hökuməti Çikaqoya federal qüvvələr göndərmək əmri verdikdən sonra , şəhər, hökumətə qarşı etiraz edənlər və federal polis arasında qanlı qarşıdurmaların mərkəzinə çevrilib. Son hadisələrdə, ABŞ Miqrasiya və Gömrük İdarəsinin sərhəd patrul qüvvələri etirazçılara qarşı atəş açaraq, bir qadını yaralayıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, qadının xəstəxanaya aparıldığını bildirib, ancaq onun vəziyyəti barədə əlavə məlumat verməyib. 

Nazirliyin sözçüsü qadın və onun yoldaşlarının polisin patrul maşınlarına hücum etdiyini iddia etsə də, yerli aktivistlər və şəhər rəhbərləri, federal qüvvələrin etirazçılara qarşı daha çox zorakılıqdan istifadə etməsinə qarşı çıxıblar. Qarşıdurmalar, polisin gözyaşardıcı qaz və plastik güllələrdən istifadəsi ilə daha da şiddətlənib.

Bundan əlavə, ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, federal qüvvələr Çikaqoda “xüsusi əməliyyatlar” həyata keçirmək üçün daha çox qüvvə qöndərəcək. O, həmçinin etirazçıların cinayətkar dəstələrlə əlaqəli olduğunu və onları təhlükə kimi gördüyünü iddia edib.

Həmçinin, xəbərlərdə qeyd edilir ki, federal qüvvələr artıq müxtəlif ərazilərdə, xüsusilə miqrantların sıx yaşadığı bölgələrdə, çoxsaylı əməliyyatlar həyata keçiriblər. Bu əməliyyatlar arasında binaların mühasirəyə alınması və evlərə basqınlar da yer alır.

Çikaqoda federal polisin etirazçılara və sivil vətəndaşlara qarşı zorakılığının şəhər üçün təhlükəli nəticələri ola bilər