Qlobal silahlanma rəqabəti bir az da qızışır
Putin: Rusiya yeni silahlar hazırlayır
Okt 12, 2025 11:07 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkə yaxın vaxtlarda yeni silah sistemlərinin hazırlanmasını elan edə bilər. Onun sözlərinə görə, bu silahların inkişaf və sınaq mərhələləri artıq uğurla davam edir.
Putin deyib ki, Rusiya artıq qitələrarası, dəniz və hava komponentlərində qabaqcıl silah sistemlərinə malikdir:
“Bizim nüvə caydırıcı qüvvələrimizin müasirlik səviyyəsi digər nüvə dövlətlərinin imkanlarını üstələyir. Bütün bu sistemləri fəal şəkildə inkişaf etdiririk və tamamlama mərhələsinə çatdırırıq”, - deyə Rusiyanın dövlət başçısı vurğulayıb ki, onun ölkəsi müdafiə sahəsində texnoloji üstünlüyünü qorumaq və mövcud silah arsenalını daha da gücləndirmək niyyətindədir.