Okt 15, 2025 16:28 Asia/Baku
  • İsrailə silah satmaq cinayətdə şəriklikdir

Kolumbiya prezidenti Qustav Petro Qəzzəyə qarşı müharibə zamanı sionist rejimə silah göndərilməsini tənqid edərək, bu addımı cinayətlərdə şəriklik adlandırıb.

Kolumbiya prezidenti deyib: "Netanyahu soyqırım törədərkən, İsrailə silah çatdırmaq alqışlanacaq bir şey deyil, iştirakçılıqdır". 

Petro, Donald Trampın İsrail parlamenti Knessetdəki çıxışına cavab olaraq, bildirib: "Qəzzə məsələsində silahdan yaxşı istifadəsi nə deməkdir?"

O əlavə edib ki, bu silahlar indiyədək Qəzzədə 200 min mülki şəxsin yaralanmasına və təxminən 70 min nəfərin şəhid olmasına səbəb olub.

Tramp bazar ertəsi Knessetdə çıxışı zamanı İsrailin ABŞ silahlarından ən yaxşı şəkildə istifadə etdiyinə görə Benyamin Netanyahuya və bu rejimə təşəkkür edib.