Pakistan və Əfqanıstan Doha müzakirələri gedişində atəşkəs barədə razılaşıblar
Okt 19, 2025 14:39 Asia/Baku
Pakistan və Əfqanıstan Qətər və Türkiyənin vasitəçiliklərilə Dohada keçirilən müzakirələrin yeni raundu zamanı atəşkəsin dərhal icra olunması haqda razılığa gəliblər.
Qətər Xarici İşlər Nazirliyindən daxil olan məlumata əsasən, danışıqların sonunda tərəflər təcili atəşkəsin bərqərar olunması və iki ölkə arasında stabil sülh və təhlükəsizliyin təsbiti üzrə mexanizmlərin işlənib hazırlanması barədə razılığa gəliblər.
Qətər Xarici İşlər Nazirliyi əlavə edib: İki tərəf həmçinin qarşıdakı günlərdə atəşkəsin dayanıqlığının təmin edilməsi və onun icrasının reallaşdırılması üçün/ hər iki ölkədə stabillik və təhlükəsizliklə nəticələnəcək təqib iclaslarının sabit və mötəbər üsulla keçirilməsi haqda razılaşıbdır.