Noy 01, 2025 18:15 Asia/Baku
  • “tədbirsizlik- acizlik-hesablama yanlışlığı” üçbucağı

Amerika federal hökumətinin öz tətilinin beşinci həftəsinə daxil olduğu bir halda, bu ölkənin hava nəqliyyatı sistemi son dərəcə xələlə düçar olub və ABŞ prezidenti Donald Tramp bu tətilə son qoymaqda aciz qalıbdır.

Politiko nəşri bu haqda belə yazır: Ağ Ev rəsmiləri hökumətin bağlanmasının əvvəlində əmin idllər ki, Tramp hökuməti maliyyə təminində yaranan fasilə boyu sollarla savaş üçün daha yaxşı mövqedə duracaq və bir kəs tətilin on gündən çox sürəcəyini təxmin etmirdi.

Politiko-nun yazdığına görə, Amerika hökumətinin daxili məsələlərindən xəbərdar olan Ağ Ev-dəki naməlum bir rəsmi tərəfindən söylənən bu sözlər hətta maaşsız məzuniyyətlərin və ərzaq yardımları kimi sosial proqramların təhlükəyə düşməsinin qızğın çağında belə, Tramp hökumətinin demokratların hökumətin tətili ilə bağlı tələbi barədəki yanlış hesablamalarını göz qabağına qoyur.