Yanan şəhərdə 177 min sudanlı mühasirədə qalıb
https://azeri.sahartv.ir/news/dünya-i422162-yanan_şəhərdə_177_min_sudanlı_mühasirədə_qalıb
Sudanın Şimal Darfur əyalətinin paytaxtı, 18 aylıq mühasirədən sonra nəhayət Çevik Dəstək Qüvvələrinin əlinə keçib və 177 min sudanlı yanan bir şəhərdə mühasirəyə alınıb.
(last modified 2025-11-02T06:54:14+00:00 )
Noy 02, 2025 10:53 Asia/Baku
  • Yanan şəhərdə 177 min sudanlı mühasirədə qalıb

Sudanın Şimal Darfur əyalətinin paytaxtı, 18 aylıq mühasirədən sonra nəhayət Çevik Dəstək Qüvvələrinin əlinə keçib və 177 min sudanlı yanan bir şəhərdə mühasirəyə alınıb.

Şimal Darfur əyalətinin paytaxtı olan əl-Faşir şəhəri, 18 ay davam edən mühasirədən sonra Çevik Dəstək Qüvvələrinin nəzarətinə keçib. Bu şəhərin süqutu ilə Sudan faktiki olaraq, iki hissəyə bölünüb: şərq bölgəsi ordunun, qərb bölgəsi isə Çevik Dəstək Qüvvələrinin nəzarətindədir.

Əl-Faşirin süqutu yalnız daxili ixtilaflarla bağlı deyil, regional oyunçular da bu məsələdə mühüm rol oynayıblar.