Əfqanıstanın şimalındakı zəlzələ indiyədək 30 nəfərin həyatına son qoyub
Dünən gecə Əfqanıstanın şimalında yerləşən Məzar-Şərif şəhərinin ətrafında Rixter şkalası ilə 6,3 bal gücündə zəlzələ baş verib. Nəticədə, indiyədək otuz nəfər ölüb, iki yüz əlli nəfərdən çox insan isə yaralanıbdır.
Məzar-Şərifin yaxınlığında baş verən zəlzələnin episentri, Bəlx vilayətinin Hulm bölgəsi, dərinliyi isə, təqribən on kilometr elan olunub.
Ucqar bölgələrin, o sıradan, paytaxt Kabilin sakinləri də titrəyişləri hiss ediblər. İnsanların bir çoxu afterşokların qorxusundan küçələrə sığınıb.
Bəlx vilayətinin səhiyyə idarəsi bildiribdir ki, Məzar-Şərifdə yerləşən “Əbu-Əli Sina” xəstəxanası indiyədək yetmiş beş yaralını qəbul edib və iki nəfərin cəsədini təhvil alıb.
Bəlx səhiyyə idarəsi vurğulayıb ki, bu statistika yekun statistika deyil və hadisə qurbanlarının sayının artması ehtimalı var