Noy 03, 2025 16:05 Asia/Baku
  • YUNESKO(UNESCO) Fitr və Qurban bayramlarını rəsmən tanıyıb

BMT-nin Elm, Təhsil və Mədəniyyət orqanı- YUNESKO, Özbəkistanın Səmərqənd şəhərində keçirillən qırx üçüncü baş konfransında Fitr və Qurban kimi iki böyük islami bayramı rəsmi şəkildə tanıyıb.

Bu qərar, İndoneziya Respublikasının təklifi ilə əlaqədar və icra şurasının iki yüz on doqquz saylı qərarı əsasında qəbul edilib.

Bu qərara əsasən, baş konfrans YUNESKO-nun baş katibindən istəyibdir ki, hər il bu iki böyük islami bayramın qeyd olunması zamanı xüsusi mesaj yaysın və beləliklə, həmin münasibətlərin mənəvi, ictimai və mədəni əhəmiyyəti bütün dünyada xatırladılsın.

Sözügedən addımda məqsəd, mədəniyyət müxtəlifliyi, bərabərlik və insan ləyaqəti prinsiplərinin qorunmasında YUNESKO-nun missiyasının həyata keçirilməsi, həmçinin beynəlxalq icmalarda sosial birliyin və inklüzivliyin təşviq edilməsi, dinlər arasında əməkdaşlıq və dialoqun genişləndirilməsi, eləcə də qarşılıqlı hörmət və mədəni idrakın gücləndirilməsidir.

YUNESKO təşkilatının xalqlar arasında qarşılıqlı hörmət və beynəlxalq sülhün gücləndirilməsi üzrə əsas missiyası istiqamətində atılan bu addım, hörmətlə dolu, əhatəli bir dünyanın yaradılmasına təsirli formada kömək edəcək