Noy 08, 2025 15:05 Asia/Baku
  • ABŞ Colaninin adını sanksiyalar siyahısından çıxarıb

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, bu ölkənin Dövlət və Maliyyə Nazirlikləri Suriyanın müvəqqəti hökumətinin başçısı Əbu Məhəmməd Əl-Colani kimi tanınan Əhməd Əş-Şər və bu ölkənin daxili işlər naziri Ənəs Xəttabın adını “Xüsusi Təyin edilmiş Qlobal Terrorçular" siyahısından çıxarıblar.

ABŞ Dövlət Departamenti sözçüsünün müavini Tommi Piqot bildirib: "6 noyabr tarixində BMT Təhlükəsizlik Şurası ABŞ-ın təşəbbüsü ilə Suriya prezidenti Əhməd əş-Şər və bu ölkənin daxili işlər naziri Ənəs Həsən Xəttabın adlarını sanksiyalar siyahısından çıxarmaq üçün hazırlanmış qətnaməni təsdiqləyib. Bu qətnamənin qəbulu Suriyada keçid prosesində yeni mərhələnin başladığını göstərən güclü siyasi mesajdır". 

BMT Təhlükəsizlik Şurası 6 oktyabr 2025-ci il tarixində ABŞ-ın təklifi ilə Əhməd əş-Şər və Ənəs Xəttabın adlarının beynəlxalq sanksiyalar siyahısından – xüsusilə İŞİD və Əl-Qaidə ilə bağlı olanlardan – çıxarılmasına dair qətnaməni təsdiqləyib.

ABŞ-ın təklif etdiyi qətnamə BMT Təhlükəsizlik Şurasında 14 lehinə və 1 bitərəf səslə qəbul olunub.