Niderland sionist rejim məhsullarının idxalına qarşı qadağanı qanuniləşdirmək istəyir
Niderlandın xarici işlər naziri Devid Van Vil deyib ki, bu ölkə, işğal olunmuş Fələstin ərazilərindəki qanunsuz sionistsakinli qəsəbələrdə istehsal edilən məhsulların idxalının qadağan olunması barədə xas bir qanun işləyib hazırlamaqdadır.
BMT qətnaməsinə əsasən, qəsb edilmiş İordan çayının qərb sahili ərazisində istehsal edilən hər hansı məhsul qanunsuzdur və boykot edilir.
Niderlandın keçmiş xarici işlər naziri Kaspar Veldkamp və bu ölkənin nazirlər kabinetinin üzvlərindən daha səkkiz nəfər bundan öncə, onların İsrail rejiminə qarşı hərəkət üzrə təklifləri ilə razılaşmama səbəbindən, öz vəzifələrindən kənara çəkilmişdilər.
İsrail rejiminin qanunsuz qəsəbələrində istehsal edilən məhsulların boykot edilməsi və bu rejimdən silah alqısının dayandırılması, Veldkampın və digər nazirlərin tələblərindən olubdur.