Sudanın Kurdufan bölgəsinə qarşı PUA hücumunda tələfat yüksəkdir
Sudanın mərkəzində yerləşən Kurdufan bölgəsinin rəsmiləri bildiriblər ki, dırnaqarası «sürətli dəstək» qüvvələrinin Kaluqi şəhərindəki mülki təsisatlara qarşı PUA hücumunun qurbanlarının sayı, yetmiş doqquz nəfərə yüksəlib.
Kurdufan bölgəsinin Kaluqi şəhərinin icra müdiri İssamuddin Əl-Seyyid Anqlo bildiribdir ki, ölənlər arasında, otuz iki kişi, dörd qadın və qırx üç uşaq var. Bu hücumda, iyirmi biri-kişi, altısı-qadın və on biri-uşaq olmaqla, otuz səkkiz nəfər də yaralanıbdır.
«Sudan Tribiyun» adlı xəbər portalının yazdığına görə, hücum, cümə axşamı günü dırnaqarası «sürətli dəstək» qüvvələrinə məxsus olduğu güman edilən pilotsuz uçuş aparatı tərəfindən həyata keçirilib.
Pilotsuz uçuş aparatı öncə, bir uşaq bağçasına bir raket atıb. Bu da, bir qrup uşağın həlak olması və yaralanmasına bais olub. Sonra, insanlar yaralılara yardım etmək üçün bir araya gəldikləri zaman, ikinci raket atılıb. Sonda atılan üçüncü raket isə yaralıların içəriyə daşındıqları bir halda, kənd xəstəxanasını hədəfə alıb və onun böyük bir hissəsini dağıdıb.